Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində bir pillə irəliləyib

İdmançımız dünya reytinqində "10-luğ"a düşdü (11 Mart 2017 13:27)
FİFA reytinqi açıqlandı: Yığmamız 8 xal itirdi (09 Mart 2017 13:42)
Azərbaycan millisi FİFA-nın yeni reytinq siyahısında mövqeyini dəyişməyib (09 Mart 2017 13:17)

Tarix: 7 Yanvar 2016 17:13


Bakı, 7 yanvar, AZƏRTAC
FİFA futbol üzrə yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə irəliləyib. Hazırda 296 xala malik yığmamız 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olmuşdu.
Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli fevralın 4-də açıqlanacaq.

Teqlər:  Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində pillə irəliləyib



RƏYLƏR


Top xəbərlər