Bakıda yanğın iki məcburi köçkün ailəsini evsiz qoydu - FOTO

Bakıda yanğın iki məcburi köçkün ailəsini evsiz qoydu - FOTO
17:47 7 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Buzovna qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı düşərgədə baş verən yanğın iki ailəni evsiz qoyub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, səhər saatlarında qeydə alınan yanğın evin dam örtüyündən başlayıb və bir-birinə bitişik olan iki yaşayış sahəsini qısa müddət ərzində bürüyüb. 

Əslən Xocalı şəhərindən olan Rzayevlər yalnız canlarını xilas edə biliblər. Ev bütün əşyaları ilə birgə yanaraq külə dönüb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilsə də, köhnə və yarımçıq tikilinin yaşayış sahəsi tamamilə yanıb. 

Beləliklə, Fənar Quliyeva Arzuman Rzayevin 10 nəfərlik ailəsi evsiz qalıb. Rzayevlərin yeganə təsəllisi Xocalının müdafiəsi zamanı fərqlənən Fərmar Rzayevə məxsus "İgidliyə görə" medalının yanmamasıdır. 

Hər iki ailə baş vermiş hadisə ilə bağlı həm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, həm də Xocalı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Lakin evsiz qalan 10 nəfərin, iki ailənin müraciətinə baxan, onların harada gecələdiyi ilə maraqlanan olmayıb. 

Xocalı Şəhər İcra Hakimiyyətini bu şəhərin müdafiəsindəki qəhrəmanlığına görə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhidin ailəsinin taleyi də maraqlandırmayıb. 

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR