Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dolların sabaha olan məzənnəsi

Dolların sabaha olan məzənnəsi

Date: 7 January 2016 17:51

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 8-nə manatın məzənnəsi açıqlayıb.

Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, 07.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5642 təşkil edib.

Bununla, Mərkəzi Bankın 08.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, AMB-nin 07.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində idi.



Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dollar qarşısında ucuzlaşmasına səbəb olub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məlumatına görə, dolların rəsmi məzənnəsi günə 1.5626 manatla başlayıb.

Avronun məzənnəsində cüzi ucuzlaşma olub. Avro 1.6895 manatdan 1.6796-ya enib.

Rusiya rublu da ucuzlaşıb - 0.0213 manat


Mərkəzi Bankın bu günə olan məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:

2016-cı ildə manatın taleyi

Dollarla kredit götürənlərin aqibəti...

Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."

Bakıda dollar ajiotajı (FOTO)

Tags:  Dolların sabaha olan məzənnəsi


RƏYLƏR


Top news