Almaniya kansleri Angela Merkel Avropaya gələn qanunu miqrantların və qaçqınların probleminin həll olunmayacağı təqdirdə Şengen zonasının mövcudluğunun sual altında qalacağını deyib.
Milli.Az-ın məlumatına görə, modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət rəhbəri Avropa Birliyi daxilnidə vizasız rejimin gəlcəyinin miqrant problemi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb:
"Şengen zonası layihəsi çox önəmlidir. Amma qanunu miqrasiyanı leqal miqrasiyaya çevirməsək, Şengen indiki halında qala bilməyəcək".
Statistik məlumatlara görə, təkcə 2015-ci ildə Almaniya 1 milyona yaxın mühaciri ölkəsinə qəbul edib.
Milli.Az