Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki telefon nəhəngi birləşdi (FOTO)

İki telefon nəhəngi birləşdi (FOTO)

Date: 7 January 2016 20:11

Bir zamanların telefon nəhəngi Nokianın 15.6 milyard avroluq satın alma cəhdi uğurla nəticələnib. Belə ki, Nokia “Alcatel-Lucent”i satın alıb. 14 yanvardan etibarən hər iki şirkət birlikdə fəaliyyət göstərərcək.

ANS PRESS-in məlumatına görə, ötən il Nokia şirkəti Fransanın telokommunikasiya şirkəti “Alcatel-Lucent”i 17 milyard dollara satın almaq istədiyini açıqlayıb.


Nokia

Hər iki şirkətin əldə etdiyi razılaşma Avropa Komisiyası və “Autorite des Marches Financiers” (AMF) fransız birja tənzimləyicisi tərəfindən öz təsdiqini tapıb.

Şirkət son alqı-satqı əməliyyatı ilə telefon bazarında öz önəmli yerini tutaraq, Ericsson və Huawei kimi şirkətlərlə rəqabətə girməyə hazır vəziyyətdədir.


Alcatel-Lucent

Nokia Finlandiyanın transmilli şirkəti, mobil rabitə texnologiyaları sahəsində dünya liderlərindən biridir. Öz məlumatlarına görə,Nokianın dünya mobil telefon telefon bazarındakı payı 39% təşkil edir.

Şirkətin mərkəzi qərargahı Finlandiyanın Espoo şəhərinin Keilaniemi rayonunda yerləşir.

Əvvəllər Nokia zərərə görə, mobil biznesi tərk edib. 2012-ci ildə şirkətin mobil qurğuların satışından əldə etdiyi gəlir 15.7 milyard avro təşkil edib ki, bu da 2011-ci illə müqaysədə 34 fazi aşağı göstəricidir. 2012-ci ilin nəticəsinə görə, bu istiqamətdə fəaliyyət nəticəsində əməliyyat zərəri 1.1 milyard avro səviyyəsində qeydə alınıb.

Tags:  İki telefon nəhəngi birləşdi FOTO


RƏYLƏR


Top news