Yollarda dəmir arakəsmələr sökülür

Yollarda dəmir arakəsmələr sökülür
21:12 7 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı Beynəlxalq Avtovağzalının qarşısındakı hissədən "Ekologiya postu" deyilən əraziyə qədər yol ayrıcında olan dəmir arakəsmələr beton plitələrlə əvəzlənir".

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bunu "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, "Ekologiya postu"ndan başlayaraq Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissədə yol kənarlarında olan dəmir arakəsmələr bəzi hissələrdə sökülüb.

O, qeyd edib ki, dəmir arakəsmələr sərt döngələr və ağacların yola yaxın olduğu yerlərdə saxlanılıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR