Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QRU rəisinin ölümündə müəmma

QRU rəisinin ölümündə müəmma

Date: 7 January 2016 23:46

Ukraynaya qarşı hibrid müharibənin istehsalçılarından biri hesab edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun Rusiyada deyil, ölkədən kənarda ölüb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Stratfor" kəşfiyyat-analitik şirkəti xəbər verib.

"Rəsmi informasiyaya əsasən Serqunun yanvarın 4-də Moskva ətrafında yerləşən istirahət evində ürək çatışmazlığından öldüyü qeyd olunub. Həmçinin Rusiya KİV-i Kəşfiyyat İdarəsinin rəisinin ölümünə səbəb kimi yorulma olduğunu yazırdı".


Corc Fridman - "Stratfor"un qurucusu

“Stratfor”a xəbər verən mənbənin məlumatına görə, keçmiş QRU rəhbəri yanvarın 1-də Livanda ölüb: “Əgər bu informasiya düzgündürsə, onda sual yaranır ki, o, bu ölkədə nəylə məşğul olurdu və niyə Kreml Serqunun xaricdə öldüyünü gizlətməyə qərar verib".



58 yaşlı general-polkovnik İqor Serqun Suvorov adına Moskva Hərbi Məktəbini, RSFSR Ali Soveti adına Moskva Ali Hərbi Komandanlıq Məktəbini, Sovet ordusunun Hərbi Akademiyasını, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdi və hərbi elmlər namizədi idi. Serqun 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini təyin olunmuşdu. O, 2015-ci fevralın 21-də general-polkovnik rütbəsi almışdı.


Livan ərazisi xəritədə

"Stratfor"un qurucusu Corc Fridman qlobal geosiyasətin trendlərini dərindən təhlil edən mütəxəssislərdən biri kimi tanınır. Onun dünyanın müxtəlif regionlarında müşahidə edilən geosiyasi proseslər haqqında söylədiyi fikirlər və ifadə etdiyi tezislər siyasi dairələrdə maraqla qarşılanır. Son zamanlar C.Fridman Yaxın Şərq və postsovet məkanı ölkələri ilə əlaqədar proqnostik xarakterli müddəalar irəli sürür.

Tags:  QRU rəisinin ölümündə müəmma


RƏYLƏR


Top news