Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident KİV haqqında qalmaqallı qanunu imzaladı

Prezident KİV haqqında qalmaqallı qanunu imzaladı

Date: 8 January 2016 01:16

Polşa prezidenti Ancey Duda hökumətə dövlət radiostansiyası və televiziya kanallarını nəzarət etməyə imkan verən qanunu imzalayıb.

ANS PRESS-in məlumatına görə, bu qərarın ölkədə KİV-in müstəqilliyinə təsiri barədə AB-nin narahatlığına baxmayaraq prezident bu addımı atıb.

Ancey Dudanın köməkçisi Malqojat Sadurskaya yeni qanun layihəsinin imzalanmasının ölkəyə xeyirli olacağını qeyd edib. Onun sözlərinə görə, prezident dövlət KİV-nin "qərəzsiz, obyektiv və doğru" olmasını istəyir.


Ancey Duda - Polşa prezidenti

O əlavə edib ki, "prezident onların bu şəkildə yayımlanmasının obyektivliyinə inanmır". Sadurskaya prezident Aİ narahatlığını tam dərk edir və yeni qanunun KİV üçün məhvedici olmayacağını hesab edir.

Parlamentdə düzəlişlər təsdiqləndikdən sonra bir neçə KİV rəhbəri öz postlarından istefa verib. İstefa verənlər arasında TVP - TVP1, TVP2 ,TVP-Mədəniyyət telekanallarının və həmçinin Televiziya informasiya agentliyinin direktoru var.



Polşanın ən böyük müxalifət partiyası olan “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda keçən il maya ayında ölkənin yeni prezidenti seçilib. Mayın 24-də Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, bütün bülletenlər sayılıb qurtardıqdan sonra Ancey Dudanın 51,55 faiz səs topladığı müəyyənləşib. Keçmiş prezident Bronislav Komorovski isə 48,45 faiz səs yığa bilib. Seçkilərin bu turunda seçicilərin 55,34 faizi iştirak edib.


Polşa ərazisi xəritədə

Tags:  Prezident KİV haqqında qalmaqallı qanunu imzaladı


RƏYLƏR


Top news