Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misirdə qaz borusunu partlatdılar

Misirdə qaz borusunu partlatdılar

Date: 8 January 2016 07:27

Misirdə, Sinay yarımadasının şimalından keçən qaz borusu naməlum şəxslər tərəfindən partladılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, diversiya Əl Meydan yaşayış məntəqəsi yaxınlığında, Şimali Sinay əyalətinin paytaxtı Əl Arişa şəhərindən 20 km qərbdə törədilib.
 
Şahidlərin sözlərinə görə, güclü partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Hadisə yerinə polis və hərbçilər cəlb olunub, partlayışı törədən şəxslərin axtarışları davam etdirilir.
Milli.Az


Tags:  Misirdə qaz borusunu partlatdılar


RƏYLƏR


Top news