Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kapital Bank”da valyuta mübadiləsi əməliyyatları davam edir

“Kapital Bank”da valyuta mübadiləsi əməliyyatları davam edir

Date: 8 January 2016 07:58


Bakı, 8 yanvar, AZƏRTAC
“Kapital Bank”ın filial və şöbələrində bütün valyuta mübadiləsi əməliyyatları üzrə xidmətlər davam edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq 500 ABŞ dollarından yuxarı bütün valyuta mübadiləsi əməliyyatları yalnız şəxsiyyət vəsiqəsi ilə aparılır. Bütün bank xidmətləri, o cümlədən kart əməliyyatları, təcili pulköçürmə əməliyyatları əvvəlki qaydada həyata keçirilir. Pulköçürmə sistemləri vasitəsilə xarici valyutada daxil olan vəsaitləri müştərilər bankın istənilən filialından qəbul edə bilərlər. Bank hesablarının sahiblərinə kart əməliyyatlarının aparılmasında heç bir məhdudiyyət qoyulmayıb.
Bundan əlavə, müştərilərin rahatlığını təmin etmək məqsədilə təcili pulköçürmə sahəsində daha bir yenilik tətbiq olunacaq. Tezliklə “Xəzri” beynəlxalq sürətli pulköçürmə sistemi ilə göndərilən vəsaitləri “Kapital Bank”ın günün 24 saatı, həftənin 7 günü fəaliyyət göstərən bankomatlarından da çıxarmaq mümkün olacaq.
“Kapital Bank” tərəfindən manatla kreditlərin verilməsi də əvvəlki şərtlər və faiz dərəcələri ilə həyata keçirilir. Yanvarın 15-dək “Gündəlik tələbat” kredit növü üzrə istənilən məbləğdə kredit götürən şəxslər “Yeni il” hədiyyə kampaniyası çərçivəsində uduş fonduna daxil olan müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Tags:  Kapital Bankda valyuta mübadiləsi əməliyyatları davam edir


RƏYLƏR


Top news