Britaniyanın texnologiya portalı Azərbaycandakı yeni mobil ödəniş sistemindən yazır

Britaniyanın texnologiya portalı Azərbaycandakı yeni mobil ödəniş sistemindən yazır
08:23 8 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


London, 8 yanvar, AZƏRTAC 
Britaniyanın nüfuzlu texnologiya portalı olan “NFC World+” Azərbaycanda yaradılacaq universal mobil ödəniş sistemindən bəhs edən məqalə yayıb.
Məqalədə qeyd edilir ki, “AzerPay” şirkəti tərəfindən yaradılacaq sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlanacaq. Sistemin köməyi ilə təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, kommunal xidmət haqlarının ödənilməsi, hesabın doldurulması və s. işlər görmək mümkün olacaq.
Müəllif qeyd edir ki, sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyanin_texnologiya_portali_Azerbaycandaki_yeni_mobil_odenis_sisteminden_yazir-916819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR