Kral VI Felipe İspaniyada hələ də hökumət qurulmamasından narahatdır

Kral VI Felipe İspaniyada hələ də hökumət qurulmamasından narahatdır
08:43 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 8 yanvar, AZƏRTAC 
İspaniya Kralı VI Felipe ötən il dekabrın 20-də keçirilmiş parlament seçkilərindən sonra ölkədə hələ də hökumət qurulmamasından narahat olub. O, artıq ölkənin keçmiş baş nazirləri ilə məsləhətləşmələrə başlayıb.
Seçkilərdən sonra parlamentdə 4 böyük partiya yer tutub. Onlar arasında koalisiya hökuməti qurmaqla bağlı danışıqlar hələ də nəticə verməyib. Ölkədə uzun müddət hökumətsizlik vəziyyəti yaranmaması üçün Kral öz konstitusiya hüququndan istifadə edərək Baş nazir olacaq şəxslə bağlı tövsiyəsini irəli sürə bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kral_VI_Felipe_Ispaniyada_hele_de_hokumet_qurulmamasindan_narahatdir-916821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR