Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ac qalmamaq üçün it-pişik yeyirlər

Ac qalmamaq üçün it-pişik yeyirlər

Date: 8 January 2016 09:57

Suriyanın Livan sərhədi yaxınlığında olan Hizbullah quvvələri tərəfindən aylardır mühasirədə saxlanılan Məzaya sakinləri aclıq təhlükəsi ilə qarşı qarşıyadırlar.

Ans Press-in məlumatına görə, Beynəlxalq yardım təşkilatı olan Qırmızı xaç komitəsi Məzaya və bəzi qəsəbələrdə həm tibbi vəsait həm də qida ehtiyatının tükəndiyini bildirib.

Sakinlər Qırmızı Xaça, yemək tapa bilmədiklərini, uşaqların, qadınların, yaşlıların aclıqdan öldüklərini bildirib. "Bəzən ağac yarpaqlarını, otları, bəzən də itləri və pişikləri yeyirik." deyə çıxılmaz vəziyyətdə olan Məzaya sakini bildirib.

Məzaya qəsbəsinə yardım edən könüllülərin sosial şəbəkədə paylaşdığı fotoşəkillərdə isə bir çox məzayalının ayaq üstə dayana bilməyəcək qədər zəifilədikləri görünür.

Mətbuatda paylaşılan görüntülər hələlik müstəqil qurumlar tərəfindən təsdiqlənməsə də, fotoşəkillərin bölgədən gələn xəbərlərlə üst-üstə düşdüyü vurğulanır.

Qırmızı Xaç, Məzaya qəsəbəsinə son yardımı 2015-ci ilin oktyabr ayında göndərdiklərini bildiriblər.

"The Guardian" qəzeti qəsəbədə düyünün qramla satıldığını və bir kilo düyünün qiymətinin 250 dollara olduğunu yazıb.

İyul ayından başlayan mühasirədən etibarən Məzayada yaşayan təxminən 30 min sakin qəsəbəni tərk etməsinə icazə verilmir.

Suriya ordusu və Hizbullah quvvələri, Ceyş əl-Fəthin nəzarətindəki qəsəbəni ələ keçirməyə çalışır.


Tags:  Mezaya sakinleri Suriya acliq tehlukesi


RƏYLƏR


Top news