Cənubi Koreya Şimali Koreya ilə sərhədə artilleriya yerləşdirib.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, qonşunun hərbi hücumlarından qorunmaq üçün Cənubi Koreyanın yeni sığınacaqlar yaratdığı da bildirilir.
Xatırladaq ki, Cənubi Koreya yanvarın 6-da hidrogen bombasını sınaqdan keçirdiyini açıqlamışdı. Dünyanın aparıcı liderləri Pxenyanın addımını sərt tənqid edərək regionda situasiyanın gərginləşəcəyindən ehtiyat etdiklərini bildirmişdilər.
Milli.Az