Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış yazıçının şəxsi fondu yaradılıb

Tanınmış yazıçının şəxsi fondu yaradılıb

Date: 8 January 2016 12:43


Bakı, 8 yanvar, AZƏRTAC 
Nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət Xadimi Vidadi Babanlı yaradıcılığının bir hissəsini əks etdirən materialları Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib.
Arxivin direktor müavini Könül Nəsibova AZƏRTAC-a bildirib ki, sənədlər sırasında nasirin əlyazmaları, tərcümələri, hekayələri, ona verilmiş kitablar və dövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb.
K.Nəsibova deyib ki, arxivə yazıçı ilə bağlı 1347 sənəd daxil olub. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş materialların siyahısı hazırlanıb. Bütün işlər qaydaya salınıb və Vidadi Babanlının şəxsi fondu rəsmiləşdirilib.
Qeyd edək ki, bu gün də yazıb-yaradan V.Babanlı “Vicdan susanda”, “Ömürlük cəza”, “Ana intiqamı”, “Müqəddəs ocaq” və digər əsərləri ilə çoxsaylı oxucu qəlbinə yol tapıb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

Tags:  Tanınmış yazıçının şəxsi fondu yaradılıb


RƏYLƏR


Top news