Hüseyn Şərifin “Xatirələr”i işıq üzü görüb

Hüseyn Şərifin “Xatirələr”i işıq üzü görüb
13:23 8 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən yazıçı-tərcüməçi Hüseyn Şərifin “Xatirələr” kitabı işıq üzü görüb.
Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Səməd Vurğun, Nazim Hikmət və Rəsul Rza ilə bağlı xatirələri toplanılıb. Həmçinin, Hüseyn Şərif kitabda görkəmli şəxslərlə olan dostluq tarixçəsindən söhbət açaraq, maraqlı məqamları oxucularla bölüşüb.
Qeyd edək ki, Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxuyub. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalında dərc olunub.
O, Radişevin “Peterburqdan Moskvaya səyahət”, Korolenkonun “Yurdsuz uşaqlar”, Qonçarovun “Oblomov”, Markovun “Ata və oğul”, Qrosmanın “Dostoyevski”, Buninin “Povest və hekayələri”ni, Dostoyevskinin “İdiot” və digər əsərləri dilimizə tərcümə edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Huseyn_Serifin_Xatireleri_isiq_uzu_gorub-916897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR