Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-in "Bizimkilər" layihəsi Qərb mətbuatında

ANS-in "Bizimkilər" layihəsi Qərb mətbuatında

Date: 8 January 2016 13:31

ANS-in “Bizimkilər” layihəsinin səs-sorağı hələ də uzaqlardan gəlməkdədir.

ANS PRESS-in məlumatına görə, bu dəfə möhtəşəm musiqi layihəsi barədə rus və qərb mətbuatında bəhs edilib.

Belə ki, Rusiyanın “April-knows” mətbu orqanı Amerikanın məşhur “RollinqStone” jurnalının rok ulduzu Elvis Preslinin yaradıcılığı və onun “Love me tender” mahnısının tarixi ilə bağlı araşdırmasını dərc edib. “Love me tender” mahnısının dünya musiqiçiləri tərəfindən ifa edilən müxtəlif variantlarından bəhs edilən yazıda məhz Azərbaycanın “Bizimkilər 3.0” layihəsindəki ifa haqqında da yazılıb.

Nəşrin elektron saytında eyni zamanda “Bizimkilər”in musiqi nömrəsinin videosu da yerləşdirilib.


"Bizimkilər 3.0" layihəsində Elvis Preslinin "Love me tender" mahnısı


Bundan əvvəlsə, 2015-ci ildə bu layihə haqqında Rusiyanın məşhur "Baku" jurnalı da yazmışdı.

Jurnalın mart buraxlışında ANS-in "Bizimkilər" layihəsi haqqında geniş məqalə dərc edilmişdi. Jurnal kollektivi bunun üçün Bakıda layihənin müəllifi və yaradıcı heyəti ilə görüşərək onlardan müsahibə alıb, eyni zamanda layihədəki musiqilərdən bir neçəsi ilə bağlı ətraflı məlumat nəşr etmişdilər.



"Baku" jurnalında "Bizimkilər" layihəsi haqqında



"Bizimkilər"in müəllifi Seyfulla Mustafayevlə "Baku" jurnalı üçün çəkilən foto



“Bizimkilər” layihəsinin müəllifi Seyfulla Mustafayev, baş redaktoru Samirə Səfərəliyevadır. Layihənin ilk buraxlışı "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gələn turist və qonaqların diqqətini cəlb etmək məqsədilə hazırlanıb.

Layihə çərçivəsində dünyaca məşhur estrada və klassik hit mahnılar milli musiqi alətlərimizin və muğam ifaçılarımızın iştirakı ilə müasir improvizasiyada ifa edilib.

Dünya hit paradlarında yüksək pillələrdə qərarlaşan məşhur ulduzların ifa etdiyi mahnılar ney, tütək, balaban, qaboy, zurna, zəm zurna, klarnet, ud, nağara, qoşa nağara, qarmon, kamança, həmçinin qanun, violençel, skripkada ifa edilib.
Layihədə ölkənin mədəniyyət və incəsənət tarixində xüsusi imzası olan 250 nəfərə yaxın incəcənət xadimi iştirak edib.


"Bizimkilər" layihəsində musiqi nömrəsinin məşqi



Layihənin müəllifi musiqiçilərlə iş başında


İndiyə qədər “Bizimkilər”in üç layihəsi təqdim olunub və böyük rezonansa səbəb olan layihə internet üzərindən ən çox yüklənən videolar sırasına daxil olub. Layihə rəhbərliyi hətta Almaniyada məşhur olan musiqi festivalına qatılmaq barədə dəvət belə alıb.

Görünür, milli orijinallığı və Azərbaycan musiqi mədəniyyətinin xarici musiqiləri unikal sintezdə ifa baxımından zənginliyi hələ “Bizimkilər”I dünyanın çox ölkəsinə səyahət etdirəcək. Layihəyə daxil edilən hər hitlə bağlı hansısa araşdırma aparıldıqca, onun “Bizimkilər”dəki orijinal variantı dünyanın müxtəlif ölkələrindəki məşhur musiqiçilərin, musiqi elitasının da bu layihə ilə daha yaxından tanışlığına səbəb olacaq.

Tags:  ANS-in Bizimkilər layihəsi Qərb mətbuatında


RƏYLƏR


Top news