Mobil Babayevin şərəfinə konsert olacaq

Mobil Babayevin şərəfinə konsert olacaq
13:37 8 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

29 yanvar 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayevin 70 illiyinə həsr olunmuş müəllif konserti keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Respublikasının xalq artisti Gülbacı İmanovanın rəhbərlliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcəklər.

Proqramda: 1. "12 not. Dünən... Bu gün..." Simfonik poema.

2. "Svinqsayağı" -  Solist: Tural Qasımlı (piano).

3. Viola və simfonik orkestri üçün konsert - Solist: Vaxtanq İmanov (viola).

4. "Qarabağ" 5 saylı simfoniya.

5. "Ölüm qara qarışqadır" -  Solist: Azər Zeynalov.

6. 20 Yanvar faciəsinə həsr olunan "Ağlama, torpağım, ağlama..." 3 hissəli oratoriya - Solistlər: Fərqanə Qasimova və Samir Cəfərov.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/396193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR