Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kerri Çinə narazılıq etdi

Kerri Çinə narazılıq etdi

Date: 8 January 2016 13:52

ABŞ-ın dövlət katibi Con Kerri Çinin nüvə proqramları ilə dünyanı narahat edən Şimali Koreyaya təzyiq edə bilməməsindən narazılıq edib.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı diplomat rəsmi Pekinin səylərinin iflasa uğradığını deyib.  

"Çinin Şimali Koreya ilə münasibətlərdə xüsusi yanaşması var idi və biz ona öz təsir gücünü reallaşdırmaq üçün imkan tanımışdıq. Bu gün çinli həmkarlarımla görüşdə onlara aydın şəkildə dedim ki, onların bu səyləri iflasa uğrayıb".  

Bundan öncə Con Kerri ilə Çinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub. Tərəflər Şimali Koreyanın kütləvi qırğın silahını sınaqdan keçirməsini və İranın nüvə proqramını müzakirə etmişdilər.

Milli.Az


Tags:  Kerri Çinə narazılıq etdi


RƏYLƏR


Top news