Bakı, 8 yanvar, AZƏRTAC
Ötən il kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim olunub.
Xatırladaq ki, keçən il mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə tam şəffaf və elektronlaşdırılmış üsulla keçirilən işə qəbul müsabiqəsinin nəticəsində 3 min 68 nəfər işlə təmin edilib.