Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıqçılar Neftçalada yol bağladılar

Balıqçılar Neftçalada yol bağladılar

Date: 8 January 2016 14:38

Neftçalada bir qrup balıqçı aksiya keçirib. Səhər saatlarında baş tutan aksiyaya rayonun Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini qoşulub.


Neftçalada balıqçıların aksiyası - ANS Press-ə verilən məlumata görə, kənd sakinləri Neftçala-Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etirazlarını nümayiş etdiriblər. Balıqçıların etirazına səbəb isə ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının onlara balıq ovu ilə məşğul olmağa qadağa qoyması olub. Kənd sakinlərinin sözlərinə görə, balıq ovu və satışı onların əsas gəlir yeridir, lakin son günlər ETSN tərəfindən balıq ovuna icazə verilmir.


Neftçalada aksiya


Hadisə yerinə gələn Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları danışıqlardan sonra aksiya keçirənlər avtomobil yolunu açsalar da, dağılışmayıblar. Bu səbəbdən ETSN-ın Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi üzrə direktoru Rasim Həsənov etirazçıları qəbul edərək danışıqlar aparıb.

O bildirib ki, etiraz aksiyası keçirənlər əsasən qanunsuz balıq ovu ilə məşğul olanlardır. "Aksiyadakı şəxslərin sayı heç də 500 nəfər deyil, bu şişirdilmiş bir rəqəmdir. O ki, qaldı balıq ovu ilə bağlı qadağaya, məqsədimiz qanunsuz balıq ovu ilə məşğul olanların, yəni brokonyerliyin qarşısını almaqdır.

Yəni biz qanun çərçivəsində bu şəxslərdən tələb edirik ki, qanuni prosedurlara əməl etsinlər, sadələşdirilmiş qaydada balıq ovlama bileti alsınlar. Hər şeyi qanuni qaydada həll etmək mümkündür. Balıq ovlama bileti əldə etdikdən sonra yenə də bu işlə məşğul ola bilərlər. Necə ki, bunu əvvəl edirdilər və heç bir problem də yaranmırdı. Düşünürük ki, bununla razılaşmayanlar, bunu təşkil edənlər rayonda qanunsuz balıq ovuna himayədarlıq edənlərdir. Biz indi bu cür halların qarşısını alırıq ki, sonra brokonyerlik baş alıb gedəndə deyilməsin ki, siz hara baxırsınız?!"

Nazirlik sözçüsü bir daha balıqçılara yerlərdəki qanunsuz balıq ovuna dəstək verən və belə aksiyalar təşkil edən bəzi himayədarların fitnəsinə getməməyi tövsiyə edib.


Tags:  Neftcalada baliqcilarin aksiyası Neftcala baliqcilar aksiya baliq ovu


RƏYLƏR


Top news