Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eltondan Vergilər Nazirliyinə etiraz - "Bu müğənnilərlə eyni siyahıda olmaq istəmirəm"

Eltondan Vergilər Nazirliyinə etiraz - "Bu müğənnilərlə eyni siyahıda olmaq istəmirəm"

Date: 8 January 2016 14:49

Müğənni Elton Hüseynəliyev Vergilər Nazirliyinin borclu müğənnilərin bu gün açıqladığı siyahısında adının hallanmasına etiraz edib. Lent.az-ın məlumatına görə, ifaçı bununla bağlı mətbuata müraciət edib: “Hörmətli jurnalistlər və Vergilər Nazirliyinin əməkdaşları, bu gün yaydığınız məlumatda adını sadaladığınız müğənnilər sırasında mənim də adımı yazmısınız. Amma nəzərinizə çatdırım ki, bu müğənnilərdən fərqli olaraq mənə kəsilən 12.000 AZN vergi borcumun 5000 AZN-ni dekabrın 25-də ödəmişəm. Toylarım olmadığına görə yerdə qalan 7000 AZN-i isə ilk işim olan kimi ödəyəcəyimi bildirmişəm. Dövlətin vergisindən yayınan və heç vaxt 1 manat vergi verməyənlər içində məni də ən axırıncı sıraya salmağınızı yaxşı qarşılamadım. Çünki ən azından mənə yazılan vergi borcunun 50%-nə yaxın məbləğdə pul ödəmişəm”.

 

 

Qeyd edək ki, Vergilər Nazirliyinin bu gün açıqladığı borclu müğənnilər siyahısında E.Hüseynəliyevlə bərabər, İsmayılova Rəqsanə İsmayıl qızı, Hüseynov Zamiq Əsgər oğlu, Bədəlov Emil Namiq oğlu,  Nisanov Xəyyam Aleksandrovic oğlu, Süleyman Akif Süleyman oğlu və “Şeron” Qruru MMC yer alıb. 




Tags:  Eltondan Vergilər Nazirliyinə etiraz Bu müğənnilərlə eyni siyahıda olmaq istəmirəm

RƏYLƏR


Top news