Cinayət törətdiklərinə görə 26 nəfər tutulub

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub
15:28 8 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 73 cinayət faktı qeydə alınıb. Onların da 14-nün üstü “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cinayet_toretdiklerine_gore_26_nefer_tutulub-916943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR