Əlilliyi olan şəxslərin sosial təminatları gücləndirilir

Əlilliyi olan şəxslərin sosial təminatları gücləndirilir
17:03 8 Yanvar 2016
65 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi və tibbi-sosial reabilitasiyası istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi yaşayış evi, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən hələ 2014-cü il ərzində həmin ilədək növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı başa çatdırılıb və imtiyazlı şəxslərin elə növbəyə dayandıqları ildə avtomobillə təminatına başlanılıb. 2015-ci ildə daha 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin ediliblər.
Nazirliyin respublikanın müxtəlif bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bərpa-müalicə xidməti ilə təmin olunur. 2015-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi ölkədə bərpa müalicəsi sisteminin müasir tələblərə uyğun qurulması yönündə görülən uğurlu işlərin nümunəsi olub. Cənubi Qafqaz regionunda analoqu olmayan bu mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik üsullarla xidmət göstərməyə imkan verir. Digər bir sıra bərpa-müalicə müəssisələrində də müasir tələblərə uyğun şərait yaradılmaqdadır.
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib ki, bu da ümumən 2014-cü ildə göndərilənlərdən 64,6 faiz çoxdur. Həmçinin hesabat dövründə əlilliyi olan şəxslərə 1273 ədədi əlil arabası olmaqla ümumilikdə 34 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulat verilib.
“2015-ci il ücün əlilliyi olan şəxslərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı çərçivəsində nazirlik keçən il ümumilikdə 13,6 mindən çox əlilliyi olan şəxsi və şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib. Belə ki, nazirlikdəki müvafiq Komissiyanın qərarları əsasında sosial müdafiəyə daha çox ehtiyacı olan 602 nəfər əlilliyi olan şəxsə sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə birdəfəlik maddi yardımlar verilib. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 112 nəfər 20 Yanvar şəhidinin ailəsi və 316 nəfər 20 Yanvar əlili, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 486 nəfər şəxs birdəfəlik maddi yardımla təmin olunub. Bilik günü ərəfəsində sağlamlıq imkanları məhdud iki və daha artıq məktəbli üzvü olan 1492 ailədəki 3117 uşağa, Beynəlxalq Əlillər günü ilə əlaqədar 8700 nəfər əlilliyi olan şəxsə də birdəfəlik maddi yardımlar ödənilib.
25 nəfər əlilliyi olan şəxsin respublika daxilində müalicəsinə, 53 nəfər əlilliyi olan şəxsin respublikadan kənar müalicəyə göndərilməsinə birdəfəlik maddi yardım ödənilməsi qaydasında köməklik göstərilib. Həmçinin keçən ilin noyabrında ölkəmizdə Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi təşkil olunub. 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın əl işlərinin təqdim olunduğu tədbirin yekununda qaliblərinə mükafatlar verilməklə yanaşı, digər 200 nəfərə yaxın iştirakçının hər birinə də birdəfəlik maddi yardımlar verilib.
Hazırda respublikamızda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunan şəxslərin 69 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillərdir. 2014-cü ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmin müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Eyni zamanda əmək pensiyaçılarının 28,8 %-ini əlilliyə görə əmək pensiyası alanlar təşkil edir və 2003-cü illə müqayisədə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49

"Qəbələ"dən ikinci qələbə - VİDEO

20 Avqust 2017 22:47

Kişilərin bəyəndiyi qadın tipləri

20 Avqust 2017 22:47

Ağstafada 5 fərdi yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

20 Avqust 2017 22:43

Türkiyədə mikroavtobus dərəyə aşıb

20 Avqust 2017 22:38

"Kəpəz"i darmadağın etdilər - VİDEO

20 Avqust 2017 22:37

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

20 Avqust 2017 22:27

Ağstafada 5 ev yanır

20 Avqust 2017 22:19

54 ilin avtomobili hələ də işlək vəziyyətdədir - VİDEO

20 Avqust 2017 22:18

Ağstafada 5 fərdi ev yanır

20 Avqust 2017 22:09

Parisdə terrorun qarşısı alındı

20 Avqust 2017 21:56

Ağstafada 3 ev yanıb, yanğınsöndürən xəsarət alıb

20 Avqust 2017 21:52

Apteklər eyni dərmanı niyə müxtəlif qiymətə satır? - araşdırma - VİDEO

20 Avqust 2017 21:48

"Çelsi" London derbisində qələbə qazandı

20 Avqust 2017 21:45

Cənubi Asiyada güclü daşqınlar

20 Avqust 2017 21:31

Ramil Quliyevdən daha bir qızıl medal

20 Avqust 2017 21:18

Şahin Diniyev: "Meydanın pis vəziyyətdə olması bizim əksimizə işlədi"

20 Avqust 2017 21:17

115 kq çəki atan qadın inanılmaz hala düşdü

20 Avqust 2017 21:14

Ramil Quliyevdən növbəti çempionluq

20 Avqust 2017 21:04

"Təmkin yeganə qəhrəman deyil" - Ayxan Abbasov

20 Avqust 2017 20:57

"Instagram"-da vacib yenilik

20 Avqust 2017 20:55