Avropanın Azərbaycana verdiyi şans

Avropanın Azərbaycana verdiyi şans
17:41 8 Yanvar 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Azərbaycana viza tətbiq edə bilməsi ilə bağlı xəbər ən çox bu ölkəyə səfər edən vətəndaşları və turizm şirkətlərini narahat etməyə başladı.

ANS PRESS-in məlumatına görə, Avropanın bu addımı əslində Azərbaycanın yerli turizm obyektləri üçün böyük şans yaradır, Türkiyəyə gedə bilməyən Azərbaycan vətəndaşları məcbur olub , tətili yerli istirahət zonalarında keçirməyə məcbur olacaq.

Azərbaycan vətəndaşları 2007-ci ildən Türkiyəyə turist kimi gədərkən viza tələb edilmir.

Amma ötən gün yayılan məlumatlarda Türkiyənin Avropa İttifaqı ilə imzalanan razılaşmasında ittifaqa daxil olmayan dövlətlərə qarşı viza tətbiq edələcəyi bildirilirdi. Türkiyə 2016-cı ilin iyunundan Azərbaycanla yanaşı viza rejimini Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Boliviya, Livan, Özbəkistan və digər ölkələrə tətbiq edəcək.

Yeni qərarın Avropa Biriliyi ilə viza razılaşmasından sonra verildiyi bildirilirdi. Bununla da Türkiyə 89 ölkəyə viza tətbiq edəcək. Qərar əsasən Avropa Birliyinə daxil olmayan dövlətlərə aid edilir.



Türkiyənin hazırkı viza siyasəti xəritəsi


Türkiyə ilə Azərbaycan arasında dil, mədəniyyət yaxınlığı və dövlətlərarası dostluq münasibətləri vətəndaşlarımızın çoxunun qonşu ölkəyə turist kimi səfər etməsinə şərait yaradır. Ötən ilin may ayında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azalaraq 43 986 nəfər təşkil edib.



Bakı Turizm Ekskurisya MMC –nin meneceri Gülnar Eyvazovanın sözlərinə görə, Türkiyənin Azərbaycana viza tətbiq etməsi turizm şirkətlərinin işini çətinləşdirə bilər.

“Çünki şirkətlər vizasız gediş olduğu üçün ucuz turpaketlər təşkil edir. Amma viza tətbiq olunsa , tur paketə müəyyən qədər vəsait əlavə olunacaq. Nəticədə səfərlərin sayı azalacaq. Bu səbəbdən Azərbaycana viza tətbiq edilməsi Türkiyəyə turist kimi səfər edənlərin sayını azalda bilər”.


Gülnar Eyvazova-Turizm şirkətinin meneceri


G.Eyvazova bildirdi ki, vizanın tətbiq edilməsi digər tərəfdən Azərbacanda daxili turizmin inkişafina müsbət təsir edəcək.

“Azərbaycandan Türkiyəyə səfər edən turistlər viza əngəli olduğu üçün ölkədə istirahət etmək məcburiyyətində qalacaqlar. Yerli turistlərin ölkədə istirahət etməsi həm Azərbaycan turizmin inkişafına, həm də iqtisadi gəlirlərinin artmasına səbəb ola bilər. Yəqin ki, aprel – may aylarında Mədəniyyət və Turizm Nazirliyi ilə daha ucuz turizm layihələrinin həyata keçirilməsi üçün işlər görüləcək”.

Amma vətəndaşlarımızın davamlı olaraq ölkəmizdə istirahət etməsini təmin etmək üçün onlara daha sərfəli qiymətlər təklif olunmalı , xidmətin keyfiyyəti isə yüksəldilməlidir. Öz ölkəsində daha sərfəli qiymətə və istədiyi kimi istirahət edən insanlar gələcək illərdə də Azərbaycanda istirahət etməyi üstün tutar. Bunun üçün Azərbaycanın geniş imkanları var.

Türkiyə səfirliyindən verilən açıqlamada isə bildirilir ki, Türkiyənin Azərbaycan vətəndaşlarına qarşı məcburi viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

“Türkiyə ilə Azərbaycan arasında hal-hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur. Azərbaycan vətəndaşları, 2007-ci ildən bu günədək tətbiq edildiyi kimi, Türkiyəyə turistik məqsədlə həyata keçirəcəkləri 30 günlük səyahətlərdə viza almaq zərurətindən azad olacaqlar”,-deyə səfirlikdən bildirilir.

Türkiyə və Rusiya arasında münasibətlər pisləşdikdən sonra rəsmi Moskva Türkiyə vətəndaşlarına viza tətbiq edilməsi barədə qərar verdi.

Bu isə Türkiyəyə turist axının qarşısını alır. Rusiyanın baş naziri Dmitri Medvedev iclas keçirərək, ölkədə daxili turizmin inkişaf etdirilməsi üçün müvafiq qurumların qarşısında tələblər irəli sürdü. Medvedyev bildirib ki, ötən il Rusiyaya 50 milyon nəfər turist kimi səfər edib. Bu rəqəmi qaldırmaq üçün addımlar atılmalalıdır. Rusiyanın bu addımı yerli vətəndaşların xarici ölkələrdə deyil, öz dövlətlərinin ərazisində daha sərfəli istirahət etmək imkanı yaradacaq.


Dmitri Medvedev - Rusiyanın baş naziri

Ötən gün yayılan xəbərdən Türkiyənin viza tətbiq edəcəyi ölkələr arasında Rusiyanında adı var.

Qərar əsasən Avropa Birliyinə daxil olmayan dövlətlərə aid edilir. Belə bir vizanın tətbiq edələsi bölgə ölkələrinin turizmi ilə yanaşı Türiyənin turizm sektoruna mənfi təsir edəcək. Çünki Türkiyənin vizası tətbiq etməsi ölkəyə gələn turistlərin sayını azaldacaq. Amma ətraf dövlətlərə öz daxili turizm sektorunu inkişaf etdirməyə şərait yaradacaq. Belə dövlətlərdən biri də Azərbaycandır. Yəqin ki, müvafiq qurumlar daxili turizmin inkişafi üçün müfafiq addımları atacaqlar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR