Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyəli professor Bakıda ustad dərsləri keçib

Türkiyəli professor Bakıda ustad dərsləri keçib

Date: 8 January 2016 18:13


Bakı, 8 yanvar, AZƏRTAC
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllim və şagirdlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq xarici ölkələrdən dəvət edilmiş təcrübəli müəllimlərin, tanınmış mütəxəssislərin ustad dərsləri təşkil edilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə işlərin davamı olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru Cihat Aşkının (violin) ustad dərsləri keçirilib. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Tags:  Türkiyəli professor Bakıda ustad dərsləri keçib



RƏYLƏR


Top news