Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda iki ərazi üzrə hərəkət məhdudlaşdırılacaq

Bakıda iki ərazi üzrə hərəkət məhdudlaşdırılacaq

Date: 8 January 2016 18:32

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədi ilə yanvarın 9-da aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektində, "20 Yanvar dairəsi"ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətə məhdudlaşdırılacaq.

İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır. "Azəryolservis" ASC bununla əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir.

Pünhan Mirzə
Milli.Az


Tags:  Bakıda iki ərazi üzrə hərəkət məhdudlaşdırılacaq


RƏYLƏR


Top news