Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“DəmirBank” “Qış Təcrübə Proqramına” start verib

“DəmirBank” “Qış Təcrübə Proqramına” start verib

Date: 8 January 2016 18:38


Bakı, 8 yanvar, AZƏRTAC
“DəmirBank” tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Qış Təcrübə Proqramına” start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, tələbələr təcrübə zamanı dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.
Proqram güclü potensialı və bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub. Təcrübə müddəti tələbələrin və bankın razılığı ilə 1 aydan 3 ayadək müddətdə davam edəcək.
Proqramda iştirak üçün CV formaları yanvarın 19-dək hr@demirbank.az ünvanına mövzu hissəsində “Qış Təcrübə Proqramı” yazmaqla göndərilməlidir.
Ətraflı məlumatı bankın məlumat mərkəzindən (012) 149 http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.

Tags:  DəmirBank Qış Təcrübə Proqramına start verib



RƏYLƏR


Top news