Tanınmış holland rəssamı Antonis van Deykin Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla aparılan əsəri İstanbulda aşkar edilib.
Milli.Az report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Türkiyə hüquq-mühafizə orqanları ehtimal edir ki, əsər bundan əvvəl Avropadan Rusiyaya, oradan Gürcüstana gətirilib.
Əsərin qiyməti 14 milyon dollardır.
Gürcüstanın iki vətəndaşı rəsm əsərini qanunsuz olaraq satmaq istəyərkən tutulublar.
Milli.Az