Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
19:08 8 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 11-də start götürəcək toplanışa on beş futbolçu dəvət alıb.
Final mərhələsinin hazırlığında Rövşən Hüseynli, Elnur Zamanov, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Arauyo, Eduardo Mello Borqes, Xətai Bağırov və İsa Atayev iştirak edəcək.
Toplanış yanvarın 19-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futzal_uzre_Azerbaycan_millisinin_heyeti_achiqlanib-917052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR