ABŞ-dakı yəhudi icması Azərbaycanla bağlı toplaşıb (VİDEO)

ABŞ-dakı yəhudi icması Azərbaycanla bağlı toplaşıb (VİDEO)
00:51 9 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı yəhudi icmasi Azərbaycanla bağlı toplaşıb.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatları Konqresinin bəzi dairələrində rəsmi Bakıya qarşı təzyiqlərin fonunda Azərbaycanın dostları dəstəklərini nümayiş etdirməyə başlayıblar.

Erməni lobbisinin geniş əhatə olunduğu Kaliforniya ştatının Los-Anceles şəhərindəki yəhudi icması Azərbaycan adına toplaşıb.

Ştatın ən böyük və nüfuzlu yəhudi məbədi olan Sinay sinaqoqunda Azərbaycana dair geniş təqdimat olub.

Ötən ilin noyabrında Bakıda olan bu sinaqoqun 50 nəfərlik nümayəndə heyəti Azərbaycan həqiqətlərin dünyaya çatdırmaq üçün addım atacaqlarını bildiriblər.

Sinay sinaqoqunun rəhbəri, nüfuzlu yəhudi din xadimi ravvin Deyvid Uolpi Azərbaycandakı tolerantlığın dünya üçün nümunə olduğunu söyləyib.

O vurğulayıb ki, bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilər Azərbaycanda sülh şəraitində yaşayır, yəhudi geyimi ilə Bakı küçələrində sərbəst gəzmək adi hal sayılır.

Amerika yəhudi icmasının əsas üzvülərindən sayılan Ancela Məddahi isə dünyanın müxtəlif ölkələrində İslam cərəyanları arasında qanlı toqquşmaların davam etdiyi zamanda, Azərbaycanda ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar arasında çox güclü qaşılıqlı əlaqələrin mövcud olduğunu söyləyib.

Onlar Los-Ancelesdəki yəhudi soydaşlarına səslənərək, fürsət olan ən yaxın tarixdə Azərbaycana getməyi töhfsiyyə ediblər.

Baş konsul Nəsimi Ağayev isə Azərbaycan və yəhudi icmaları arasında güclü dostluq əlaqələrinin bundan sonra da davam etməsi üçün çalışacaqlarını vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR