Cinayətkar məsciddə öldürüldü (VİDEO, FOTO)

Cinayətkar məsciddə öldürüldü (VİDEO, FOTO)
04:36 9 Yanvar 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ilin ilk günündə İsrailin paytaxtı Təl-Əvivin mərkəzində yerləşən bara silahlı hücüm edən cinayətkar öldürülüb.

ANS PRESS-in məlumatına görə, 2 nəfəri öldürən, daha 8 nəfəri isə ağır yaralayan ərəb əsilli Naşat Məlhəm hadisə baş verəndən axtarışda idi.

Naşat Məlhəm gizləndiyi ərəb şəhəri Araradakı məsciddə İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. İsrail polisi bütün gücünü səfərbər edərək hadisəni törətmiş şəxsin axtarışlarına başlamışdı.


Hadisə anı müşahidə kamerasına düşüb.

Hadisə şahidləri silahlı şəxsin gənc olduğunu bildirmişdi. Hadisənin baş vermə səbəbi hələ ki, naməlum olaraq qalır. Hazırda hüquq-mühafizə orqanları hadisənin terror aktı olub-olmamasını araşdırır.



Bir müddət əvvəl Avstriya polisi yeni il qabağı bir çox Avropa paytaxtlarında terror aktlarının təhlükəsi haqqında xəbərdarlıq edib. Avstriya polisinin yaydığı bəyanatda "dost kəşfiyyatı" tərəfindən verilən məlumatda yeni il qabağı bir çox Avropa paytaxtlarında mümkün terror aktlarının gözləndiyi qeyd olunur.



"Bir neçə potensial cinayətkarın adları yada salınmışdı, indiyə qədər aparılan yoxlamalar heç bir konkret nəticə verməyib", - deyə polisin bəyanatında deyilir. Xəbərdə yeni ilə qədər Avropa şəhərlərində partlayışların və ya atışma təhlükəsinin olması qeyd edilir.


Fransa küçələri

Keçən il Avropa səs-küylü terror hadisələrindən yan keçməyib. Noyabrda Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.


Hadisə baş verən ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR