Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misirdə hotelə hücum zamanı 2 Avstriya vətəndaşı yaralanıb

Misirdə hotelə hücum zamanı 2 Avstriya vətəndaşı yaralanıb

Date: 9 January 2016 08:05

Misirin Xurqada şəhərində naməlum silahlıların "Bella Vista Resort" hotelinə hücumu zamanı 2 Avstriya vətəndaşı yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts məlumatı təsdiqləyib.
 
Son məlumatlara əsasən, Xurqadada baş vermiş silahlı insident nəticəsində 3 turist yaralanıb. Onlardan 2-sı Avstriya, 1 isə İsveç vətəndaşıdır.
 
Xatırladaq ki, yanvarın 8-də Hurqada kurort şəhərində yerləşən hotel naməlum silahlıların hücumuna məruz qalıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib. Hadisə ilə əlaqədar Misir ordusu ölkənin strateji və turist obyektlərini nəzarət altına götürüb.

Milli.Az


Tags:  Misirdə hotelə hücum zamanı Avstriya vətəndaşı yaralanıb


RƏYLƏR


Top news