Bakı, 9 yanvar, AZƏRTAC
İtaliyanın “İnter” futbol klubu Rodriqo Palasio ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı futbolçu ilə anlaşma 2017-ci ilədək nəzərdə tutulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı forvard 2012-ci ildən “İnter”in şərəfini qoruyur. Bu müddət ərzində Palasio İtaliya çempionatında 104 oyun keçirib, 37 qol vurub və 21 məhsuldar ötürmə edib.