Torpaq sürüşməsinə görə 16 vəzifəli şəxs həbs edildi

Torpaq sürüşməsinə görə 16 vəzifəli şəxs həbs edildi
10:52 9 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Çində torpaq sürüşməsi ilə əlaqədar 16 nəfər həbs edilib.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, onlar öz vəzifə borclarına laqeyd yanaşmaqda ittiham olunurlar.
Ötən il dekabrın 20-də Çinin Şençjen şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan artıq bina uçqun altında qalmışdı, indiyədək dağıntıların altından 58 nəfərin meyiti çıxarılıb.

Müəyyən edilib ki, sürüşmə həmin əraziyə qanunsuz olaraq zibil tökülməsi səbəbindən baş verib. İttiham olunanlar da kommunal təsərrüfatı sahəsinin rəhbərləridir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR