Xaricə 860 min dollar keçirmək istəyən şəxslər saxlanılıb

Xaricə 860 min dollar keçirmək istəyən şəxslər saxlanılıb
14:27 9 Yanvar 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Keçən il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Bu faktlardan 574-ü cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2015-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları, o cümlədən 5 kq 552 qram tiryək, 42 kq 250 qram marixuana, 29 kq 574 qram həşiş, 12 kq 248 qram heroin, 331 qram metadon, 57,185 qram kokain, 103,706 qram metamfetamin, 200 həb tilidin, 60 həb və 1,935 qram alprazolam, 46 qram fenobarbital, 12,714 qram klonazepam,1 kq 282 qram kalium permanqanat və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

2015-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-i kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 RF vətəndaşı) barəsində müvafiq tədbirlər görülmüş, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.
Narkotiklərin qanunsuz keçirilməsi məqsədilə narkoqaçaqmalçılar müxtəlif gizlətmə üsullarından istifadə etmişlər. 2015-ci il ərzində 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.

2015-ci il ərzində Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.

"Valyuta tənzimi haqqında" Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 Avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar olunub.
Bundan əlavə 553353 ədəd və 115764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551 ədəd pnevmatik silahin patronları, 257 ədəd soyuq silah, 63565 qram patlayıcı maddələr, 897 ədəd televizor, 184309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksesuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23 İyul 2017 08:52

Qaldırıcı kran sındı: 7 ölü, 2 yaralı

23 İyul 2017 08:38

Türkiyədə "Qarabağ" parkının açılışı olub

23 İyul 2017 08:32

Əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıldı - VİDEO

23 İyul 2017 08:23

ABŞ Ankaranın “S-400” almaq niyyətindən narahatdır

23 İyul 2017 08:19

İrandan gözdağı -

23 İyul 2017 08:18

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

23 İyul 2017 08:04

Günvurmanın qarşısını alan çay

23 İyul 2017 08:03

Fələstin İsrailə raket atdı

23 İyul 2017 07:47

Mayli Sayrus təbiət qoynunda - FOTO

23 İyul 2017 07:32

Bakı sakini intihar etmək üçün özünü bıçaqlayıb

23 İyul 2017 07:32

Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə gedir

23 İyul 2017 07:28

Filippinin cənubunda hərbi vəziyyət rejiminin müddəti uzadıldı

23 İyul 2017 07:26

Qonaqları toya aparan traktor aşdı: 20 yaralı

23 İyul 2017 07:24

Pentaqon Rusiyanı böyük təhlükə adlandırdı

23 İyul 2017 07:14

Makronun reytinqi düşdü

23 İyul 2017 07:13

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub

23 İyul 2017 06:42

Məşhur aktyor vəfat etdi

23 İyul 2017 06:39

75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları tapıldı -

23 İyul 2017 06:35

"Taxtlar oyunu"nun ulduzu fərqli obrazda - FOTO

23 İyul 2017 06:32

Bu idman növünün adı dəyişdirildi

23 İyul 2017 06:14

Martin Şülts yeni qaçqın böhranından narahatdır

23 İyul 2017 06:12

Ərdoğan Körfəz ölkələrinə səfərə gedir

23 İyul 2017 05:59

Mexikoda gözəl ev - FOTO

23 İyul 2017 05:32

"VAZ" kül oldu

23 İyul 2017 05:14

İstifadə etdiyimiz 13 "ÇİRKLİ" ƏŞYA - FOTOLAR

23 İyul 2017 05:13

Venesuela müxalifəti ölkədə tətillərin olacağını elan edib

23 İyul 2017 05:12

Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

23 İyul 2017 04:56

Cici, Ənvər və Zeyn - FOTO

23 İyul 2017 04:32

BMT-də TƏCİLİ İCLAS

23 İyul 2017 04:18

Bəşər Əsədə sadiq qüvvələr iki yaşayış məntəqəsini İŞİD-in əlindən alıb

23 İyul 2017 04:17

BMT TŞ Yerusəlimə dair təcili iclas keçirəcək

23 İyul 2017 04:14

Youtube video serveri İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 04:07

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

23 İyul 2017 03:48

Makronun reytinqi 10% aşağı düşüb

23 İyul 2017 03:47

Məşhur aktyorun yeni FOTOları

23 İyul 2017 03:32

Romada içməli su qurtarır

23 İyul 2017 03:19

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

23 İyul 2017 03:06

Təndirxana və taxta sexi yandı

23 İyul 2017 03:04

Alimlər əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıblar

23 İyul 2017 03:02

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26