Qazaxlı bağbanın 20 illik təcrübələrinin maraqlı nəticələri... - FOTO

Qazaxlı bağbanın 20 illik təcrübələrinin maraqlı nəticələri... - FOTO
17:17 9 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bol məhsul verən, uzun ömürlü ağaclar yetişdirmək üçün qazaxlı bağban 20 ildən çoxdur ki, təcrübələr aparır.

Milli.Az Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, salınan tinglikdə müxtəlif ərazilərdən gətirilən ağac növləri yerli iqlim şəraitinə uyğunlaşdırılır.

Qazaxın Hüseynbəyli kənd sakini Həmid Heydərov yetişdirdiyi meyvə ağaclarına bir müddət keçdikdən sonra calaq vuraraq onların məhsuldarlığını daha da yüksəldir. Bu proses avqust-sentyabr aylarında həyata keçirilir və yaz aylarında calaq olunmuş tinglərin sahələrdə əkilməsinə başlanır. 

Bağban şaftalı, gilas, alma, armud və digər yerli meyvə sortlarına üstünlük verir. Ölkənin müxtəlif ərazilərindən gətirilən ağac növlərini yerli iqlim şəraitinə uyğunlaşdırmağa çalışır.

Bağbanın sözlərinə görə, tələbat daha çox alma və şaftalı tinglərinədir. Təxminən iki aylıq aqrotexniki qulluqdan sonra tinglərin satışına və əkilməsinə başlanacaq.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR