Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Zəlimxan Yaqub vəfat etdi

Zəlimxan Yaqub vəfat etdi

Date: 9 January 2016 17:27

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, ailəsindən anspress-ə verilən məlumata görə, o, bir neçə dəqiqə əvvəl vəfat edib.

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Allah Rəhmət eləsin!

Milli.Az


Tags:  Zəlimxan Yaqub vəfat etdi


RƏYLƏR


Top news