Misir polisi Hurqadada turizm obyektlərinin mühafizəsini gücləndirib

Misir polisi Hurqadada turizm obyektlərinin mühafizəsini gücləndirib
17:53 9 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 9 yanvar, AZƏRTAC
Misir KİV-ləri yerli hüquq mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər verir ki, Hurqada kurort şəhərində otelə hücumdan sonra polis bütün mehmanxanaların və digər strateji obyektlərin təhlükəsizlik səviyyəsini yoxlayır. Hüquq mühafizə orqanları təhlükəsizliyin lazımi səviyyədə təmin olunması üçün hazırda otellərə nəzarət edirlər. Bütün turizm obyektlərinin mühafizəsi gücləndirilib.
Misir polisinin məlumatına görə, dünən iki terrorçu “Bella Vista Resort” otelinin restoranın otel binasına keçərək müsafirləri soyuq silahla hədələyib. Hücum nəticəsində iki Avstriya vətəndaşı və bir İsveç təbəəsi zərər çəkib. Turistlər yüngül yaralanıblar. Təhlükəsizlik qüvvələrinin nümayəndələri terrorçulara vaxtında müqavimət göstəriblər. Atışma nəticəsində bir terrorçu öldürülüb, ikincisi yaralanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_polisi_Hurqadada_turizm_obyektlerinin_muhafizesini_guclendirib-917213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR