Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Date: 9 January 2016 18:33


Bakı, 9 yanvar, AZƏRTAC
Martın 30-dan aprelin 2-dək Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçiriləcək.
Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1918-ci illər soyqırımları” bölmələr üzrə məruzələr dinləniləcək.
Məruzələrin tezisləri yanvarın 30-dək təşkilat komitəsinə təqdim edilməlidir.
Tezislərin həcmi üç səhifədən artıq olmamalı, elektron variantları djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ru ünvanlarına göndərilməlidir.
Ətraflı məlumat üçün Tarix İnstitutuna müraciət etmək olar.
Konfransın materialları toplu halında çap olunacaq.

Tags:  Türk-müsəlman əhaliyə qarşı soyqırımı mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək


RƏYLƏR


Top news