Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Britaniyada bu il qüvvəyə minəcək immiqrasiya qanunu ciddi narahatlıq doğurur

Britaniyada bu il qüvvəyə minəcək immiqrasiya qanunu ciddi narahatlıq doğurur

Date: 9 January 2016 19:18


London, 9 yanvar, AZƏRTAC 
Britaniyada bu ilin aprel ayında yeni immiqrasiya qanunu qüvvəyə minəcək.
Qanuna əsasən Avropa İttifaqı (Aİ) vətəndaşı olmayan və 5 il Britaniyada çalışan immiqrantlardan ölkədə daha artıq qalmaq üçün illik 35 min funt-sterlinq qazanmaları tələb olunacaq. Tələbə cavab verməyən immiqrantlar Britaniyanı tərk etmək məcburiyyətində qalacaqlar.
Britaniyanın daxili işlər naziri Teresa Mey bildirib ki, bu qanun hər il ölkədə məskunlaşma hüququ alan 60 minə yaxın qeyri-Aİ vətəndaşının 20 minə endirilməsinə böyük kömək göstərəcək.
Qanun ilk növbədə Kral Tibb Bacısı Kolleci tərəfindən narazılıqla qarşılanıb. Kollecin açıqlamasında bu qanunun səhiyyə xidmətində ciddi xaosa səbəb olduğu bildirilir. Britaniyada tibb bacısı kimi çalışanların istisna kimi qəbul olunmasının vacibliyi qeyd edilir.
Bu qanun qüvvəyə minənədək Britaniyada məskunlaşma hüququ verilməsində əməkhaqqı deyil, ölkədə qalma müddəti əsas götürülürdü.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Tags:  Britaniyada bu il qüvvəyə minəcək immiqrasiya qanunu ciddi narahatlıq doğurur


RƏYLƏR


Top news