Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tuninq avtomobil sürənlərin nəzərinə - VİDEO

Tuninq avtomobil sürənlərin nəzərinə - VİDEO

Date: 9 January 2016 21:54

Əsasən gənc sürücülər avtomobillərinin  yaxşı görünməsi üçün onun müxtəlif hissələrini daha müasirləri ilə dəyişir. Xüsusilə tuninq atelyelərində edilən bu dəyişikliklərə böyük pullar xərclənilsə də, belə hal qanunla qadağandır. Yol polisi avtomobilində dəyişiklik edən sürücüləri hər an saxlayıb onun əvvəlki vəziyyətə qaytarılmasını tələb edə bilər.
Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bəzi sürücülər ili köhnə olan avtomobillərini daha müasir göstərmək üçün onun ön və  arxa buferlərini, güzgülərini, ön fara və arxa stoplarını dəyişirlər. Qanunvericiliklə isə bu, qadağandır.

Paytaxtdakı bir çox tuninq atelyelərdə isə avtomobillərə belə dəyişikliklər etmək üçün 2-3 min manatdan 10-15 min manata qədər pul tələb edilir. Son günlər polis tərəfindən də belə avtomobilləri idarə edən sürücülərə qarşı nəzarət gücləndirilib.

Belə avtomobillər polis tərəfindən saxlanıldıqda isə əksər hallarda dəyişikliyi yerində aradan qaldırmaq mümkün olmur. Amma avtomobillər cərimə meydançasına aparılır və sürücü yenidən xərc çəkərək maşınını əvvəlki vəziyyətinə qaytarmalı olurlar.
Milli.Az


Tags:  Tuninq avtomobil sürənlərin nəzərinə VİDEO


RƏYLƏR


Top news