Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb

Sumqayıtda "Niva" gölə düşüb, sürücüsü ölüb

"Niva"nin yaradıcısı öldü (21 Mart 2017 09:05)
“Niva”nın yaradıcısı ölüb (20 Mart 2017 18:29)
"Niva"nın yaradıcısı öldü (20 Mart 2017 14:43)

Tarix: 9 Yanvar 2016 22:32

Sumqayıtda "Niva" markalı avtomobil gölə düşüb, avtomobilin sürücüsü dünyasını dəyişib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində gölə "Niva" markalı minik avtomobilinin düşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər suda batmış 1988-ci il təvəllüdlü Anar Nurəddin oğlu Həsənovun cəsədini və avtomobili batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Milli.Az


Teqlər:  Sumqayıtda Niva gölə düşüb sürücüsü ölüb



RƏYLƏR


Top xəbərlər