Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Koreya ballistik raketin görüntüsünü yaydı - VİDEO

Koreya ballistik raketin görüntüsünü yaydı - VİDEO

Kim Çen In kimi asacaq? (22 Mart 2017 15:09)
Şimali Koreyadan uğursuz raket sınağı (22 Mart 2017 08:43)
Şimali Koreya raket buraxılışı həyata keçirib (22 Mart 2017 07:57)

Tarix: 9 Yanvar 2016 23:47

Şimali Koreya yanvarın 8-də sualtı qayıqdan ballistik raketin ehtimal olunan yeni sınaq buraxılışının videoçəkilişini yayıb.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, "France-Presse" videoyazıda tarix göstərilmədiyini bildirib. Sadəcə, Şimali Koreyanın lideri Kim Çong Un-un əksi görünür. O, hərbi gəminin göyərtəsindən raketin buraxılmasını izləyir. Liderin əynində qalın palto və papaq var.
Üç gün əvvəl ŞKXDR hidrogen bombasını uğurla sınaqdan çıxardığını bəyan etmişdi. Bu məlumatı müstəqil mənbələrdən təsdiqlətmək mümkün olmayıb.
Bununla belə, bir sıra dövlətlər, o cümlədən Yaponiya və Cənubi Koreya Şimali Koreyanın bu hərəkətini kəskin tənqid ediblər. Bunu milli təhlükəsizliyə təhdid kimi dəyərləndiriblər. BMT Təhlükəsizlik Şurası isə Pxenyana qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan qətnamə hazırlamaq niyyətini bəyan edib.
Milli.Az


Teqlər:  Koreya ballistik raketin görüntüsünü yaydı VİDEO



RƏYLƏR


Top xəbərlər