Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanı silkələyən bombanın partladılmasının səbəbi

Dünyanı silkələyən bombanın partladılmasının səbəbi

Date: 10 January 2016 06:46

Koreya xalq demokratik respublikasının (KXDR) lideri Kim Çen In bir neçə gün əvvəl hidrogen bombasının partladılmasının səbəbini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Kim Çen In bildirib ki, hidrogen bombasının sınağı ABŞ tərəfindən gözlənilən təhdidlərdən müdafiə məqsədilə həyata keçirilib.

"Ölkədə hodrogen bombasının sınağı Koreya yarımadasında etibarlı müdafiə üçün istiqamətlənmiş, regionun ABŞ imperiyalistləri tərəfindən idarə oluna biləcək nüvə müharibəsi təhdidlərindən qorumaq məqsədi həyata keçirilib", - deyə Kim Çen In bildirib.


Kim Çen In - Şimali Koreya lideri

Şimali Koreya lideri eyni zamanda qeyd edib ki, bombanın sınağı ölkəsinin qanuni hüququdur.

Yanvarın 6-da KXDR hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

KXDR 2005-ci ildə özünü nüvə dövləti elan etdikdən sonra sayca dördüncü nüvə silahının sınağını keçirib.



Cənubi Koreya KİV-lərinin məlumatına görə, nüvə qurğusu təxminən 100 metr dərinlikdə partladılıb. Partlayış 5,1 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub. Hadisə ilə əlaqədar Cənubi Koreya və Yaponiyada milli təhlükəsizlik qurumlarının təcili iclası çağırılıb.

Dünyanın əksər dövlətləri KXDR-yə xəbərdarlıq ediblər. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Ankara bu sınağı beynəlxalq sülh və təhlükəsizliyə istiqamətlənmiş təhdid kimi görür və pisləyir.

Tags:  Dünyanı silkələyən bombanın partladılmasının səbəbi


RƏYLƏR


Top news