Aynişanı da "ələdilər" - VİDEO - FOTO

Aynişanı da "ələdilər" - VİDEO - FOTO
10:37 10 Yanvar 2016
320 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə" yarışını tərk edib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Aynişan "İnstagram" hesabında bildirib.

Sənətçinin qızı bu yarışda iştirakını həyatında yaşadığı ən gözəl anılardan biri olduğunu qeyd edib. Aynişan Quliyeva həmçinin "O səs Türkiyə" yarışında Azərbaycanı bacardığı gədər gözəl təmsil etməyə çalışdığını və bunun üçün zəhmətini əsirgəmədiyini vurğulayıb.

"Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna gədər unutmayacağım bir andır", - deyə Aynişan yazıb. "Mənim sevdiklərim, məni dəstəkləyən bütün insanlar, hər birinizə ayrı-ayrılıqda çox təşəkkür edirəm! Sizin dəstəyinizə ehtiyac duyan diğər iştirakçılarımız var, gəlin onlara hərtərəfli dəstək olaq", - deyə gənc ifaçı vurğulayıb.

Aynişan müsabiqədə "Gəl ey səhər" adlı Azərbaycan mahnısını oxuyub. O, ifası ilə bütün münsiflərin rəğbətini qazanıb. Əməkdar artistin qızı daha sonra "Gəl ey səhər"i tanınmış müğənni Murad Bozla ifa edib. Quliyeva 4 münsif arasından Murad Bozu seçib. 

Qeyd edək ki, "O səs Türkiyə"nin münsif kürsüsündə Ebru Gündeş, Hadisə, M.Boz, Gökhan Hakan Özoğuz yer alıblar. Aynişan hazırda Türkiyədə təhsil alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR