Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq şairi Zəlimxan Yaqubla FOTOSÖHBƏT

Xalq şairi Zəlimxan Yaqubla FOTOSÖHBƏT

Date: 10 January 2016 12:12

Milli.Az bildirir ki, modern.az saytı xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqdəar onunla yayımlanmış FOTOSÖHBƏT layihəsini yenidən təqdim edir.  

Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.

1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Zəlimxan Yaqub 2 qız, 2 oğul və 9 nəvə sahibidir.  

Orta məktəb yoldaşlarım. Mövlud və Süleymanla... Uşaqlığın dadı-duzu başqaydı...
 

Belə gözəl, səfalı yerlərdən su içə bilməyin özü də bir xoşbəxtlikdir...  Gəncilk dövrüm.
 

1973-cü il... Hərbi xidmətdə dostum Osmanla... 

Atam Yusif müəllim... O, çox savadlı və geniş dünyagörüşünə malik bir şəxsiyyət idi...

Onun üçün ən gözəl şeirlər yazmışam. Ancaq hələ onun adına olan əsəri Allah göydən yerə endirməyib. Anam, başımın tacı Güllü xanım.

Qardaşım Bəhramla...  
 

Qardaşlarım Bəhram və Çingizlə....Biz bir-birimizlə həm qardaş, həm də çox yaxın dost olmuşuq...

Sahibə xanım və oğlanlarım - Bəhlul və Şəhriyar. Onlar bizim fəxrimiz, arxa-dayağımızdır...

Maraqlı şəkildir. Əlimdəki silahla nəyi hədəf almışam? 
 

Qaraxaç yaylağında qohumların ətrafındayam.

Cavanlığın qədrini vaxtında bilmək lazımdır...

Atam Yusif müəllim və dayım Hacı Murad. Mən onların hər ikisi ilə fəxr etmişəm. Çünki həm güclü təfəkkürə, həm də geniş dünyagörüşünə malik şəxslər idilər..  
 

Səməd Vurğunun məzarını ziyarət zamanı... Dahilər ölmür, onlar bizim qəlbimizdə hər zaman yaşayır...  
 

Xalq yazıçımız Yusif Səmədoğlu və Ələddin İbrahimovla.. Söhbətimiz şəkildən də göründüyü kimi, çox maraqlı idi ...
 

Xalq şairi Hüseyn Ariflə... Hərdən maraqlı, duzlu-məzəli zarafatları ilə bizləri çox əyləndirərdi...
 

Məmməd Araz və Şəkər Aslan... Onların çox yaxşı yoldaşlığı olub.  
 

Gürcüstan prezidenti Eduard Şevarnadze ilə. Tbilisdə Gürcüstan və Azərbaycan ziyalıları ilə maraqlı bir görüşdən sonra çəkilən xatirə şəkli.

Paris. Viktor Hüqonun ev muzeyini ziyarət edirəm. 
 

Böyük Çin səddi... Ulu öndər və Azərbaycan nümayəndə heyəti ilə bir arada... 
 

Bakı. Aşıq Şəmşiri ziyarət zamanı bir dostumuz tərəfindən çəkilən xatirə şəkli...
 

Sevimli aktrisamız Afaq Bəşirqızı və ölməz sənətkarımız Yaşar Nuri ilə...  Gülüş ustalarımızla görüş hər zaman maraqlı olub..  
 

Xalq artistimiz Mikayıl Mirzə ilə. O bədii qiraətçi kimi də xalq arasında hər zaman sevilib.
 

Xalq rəssamı Tahir Salahov, keçmiş deputatlar Şaiddin Əliyev və Fikrət Sadıqovla  Kəbədə "qara daşı" ziyarət zamanı...
 

Gürcüstan. Prezident Eduard Şevarnadze məni "Şərəf" ordeni almağım münasibətilə təbrik edir. 

Parisə gedib də Eyfel qülləsini görmədən gəlmək olmazdı.... 
 

Çeçen lideri Aslan Məhsədov ilə görüş və söhbət maraqlı idi.. .
 

Amerikaya gedib "Ağ evi" ziyarət etmək və onun qarşısında şəkil çəkdirmək mənim də arzum olub... Bu arzum reallaşdı... 
 

 

Xalq şairimiz Qabillə. O mənim üçün sözün həqiqi mənasında xalqın şairidir... 

İstanbul. Dostlarımla bir yerdə...
 

İbrahim Tatlısəs, Nizami Cəfərov və mən. Bu şəklə baxanda fikirləşirəm ki, uca yaradanın verdiyi canı əzrail belə gəlsə, ala bilməz...  
 

Oynadığı maraqlı səhnələri hər kəsin qəlbində özünəməxsus yeri olan  rəhmətlik Nəsibə Zeynalova ilə... 


 

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və xalq yazıçısı Anarla görüşdən bir fraqment. 
 

Hər ocaq yetirməz, hər ana doğmaz dünyaya pak gəlib, pak gedənləri.... Murtuz Ələsgərov və Arif Rəhimzadə ilə... 
 

Ulu öndər Heydər Əliyevlə... Siyasi xadim və bir şəxsiyyət kimi çox maraqlı insan idi...
 

Kimi topları susdurur ağlıyla, əsəriylə. Kimi qanı dayandırır sözünün kəsəriylə...  
 

50 illik yubileyimi qeyd edirik. Ümummilli lider Heydər Əliyev və sənət dostlarımla bir arada...  
 

Milli Məclisin rəhbərliyi arasında olmaq həm fəxr, həm də böyük məsuliyyətdir...  
 

İki deputat parlamentdə söhbət zamanı...
 

Abbas Abbasov və Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabovla çox maraqlı siyasi fikir mücadiləsi aparırıq. Arada zarafat etməyi də unutmuruq...  
 

Nəqliyyat naziri Ziya Məmmədovla...  

Parlamentdə Bəxtiyar Vahabzadə və Həsən Həsənovla nəyisə müzakirə edirik...
 

Vaqif Səmədoğlu, Anar və Rafael Hüseynovla parlamentdə. 
 

Ulu öndər Heydər Əliyev və ziyalılarla Hüseyn Cavidin məqbərəsinin açılışındayıq...   
 

Fəttah Heydərov həm millət vəkili, həm də şəxsiyyət kimi önəmli bir insadır...  
 

Parlamentdə fasilə zamanı maraqlı söhbətlər edərdik. Bu da o söhbətlərdən biri...  

Generallar Zahid Dünyamalıyev, Ramil Usubov və Əsgər Ələkbərovla tədbirlərində birində..
 

Siyasi mühitdə pak və bakirə hisslərimi, zərrə qədər də itirməmişəm və itirməyəcəm də. Bu, insanın özündən asılıdır.  Siyasi burulğanlardan, tufanlardan asılı deyil ...
 

Bir qəribəm, qürbətimdir, bir Məcnunam, həsrətimdir. Bir Kərəməm, hicrətimdi, sarıldığım sazdı mənim. Bu şəklə belə şərh verərdim...
 

Nəriman Həsənzadə, Həsən Həsənov və Qəzənfər Paşayevlə toy məclislərinin birində.. 
 

Hansısa toy məclisindəyik. Ziyafət Əsgərov və dostlarla..  
 

Oğlum Bəhlulun  şad günü... 
 

Güllü xanım hamımızın anasıdır... Mən və oğlum ailəsi ilə.. 
 

Nəvələrlə bir yerdə olarkən vaxtın necə keçdiyini belə, bilmirik... 
 

Qızım və nəvələrimlə. 
 

Oğlum Şəhriyar həm dayağım, həm fəxrimdir... 
 

Qızımın ailəsi ilə.. 
 

Anam, başımızın tacı və nəvəmlə həyətimizdə çəkilən bir şəkil...

Bu şəklə baxanda ona həsr etdiyim bir şeirim yadıma düşür...

Həyatın yolları yayla qış kimi
İstidi, bürküdü, borandı, qardı.
Mənim taleyimi, gələcəyimi
Düşünə-düşünə saçın ağardı
...Necə saçlarını ağartmışamsa, elə də üzünü ağardacağam...

Milli.Az


Tags:  Xalq şairi Zəlimxan Yaqubla FOTOSÖHBƏT


RƏYLƏR


Top news