Bakının böyük problemi qayıdır - FOTO

Bakının böyük problemi qayıdır - FOTO
14:27 10 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Qış vaxtına keçidlə əlaqədar olaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə səhər saat 07:00-dən axşam saat 21:00-dək qadağa qoyulsa da, şəhərdə kifayət qədər rayon qeydiyyatında olan avtomobil görmək mümkündür.

Anspress-in məlumatına görə, sıxlığı aradan qaldırmaq üçün paytaxtın hər iki girişində avtomobil dayanacaqları tikilsə də, həmin dayanacaqlarda avtomobil saxlayanların sayı, demək olar ki, 3-5 nəfərdən çox deyil. 

Paytaxtın şimal girişində rayon avtomobillərinin saxlanması üçün qurulan dayanacaqda rast gəlinən maşınların əsas hissəsi yük avtomobilləridir. Ərazidə bir neçə minik maşını olsa da onların bəziləri də elə məhz Bakı qeydiyyatında olan avtomobillərdir. Dəqiqləşdirə bildik ki, dayanacaqda dayanan minik avtomobillərinin çoxu elə məhz həmin ərazidə işləyən insanlara məxsusdur.

Düzdür, "Qafqazın kruqu" adlanan ərazidə, "VAZ yol qovşağı"na avtomobilləri yönləndirən yol polisi əməkdaşları vardı. Onlar müşahidə apardığımız zaman da rayon maşınlarını saxlayaraq müəyyən yönləndirmələr edirdilər. 

Ərazidə xidmət göstərən polis əməkdaşı deyir ki, qadağa qüvvədədir və avtomobillər dayanacağa göndərilir. Ancaq polis əməkdaşları nə qədər əziyyət çəksə də, ortada heç bir nəticə yoxdur. "VAZ yol qovşağı" dayanacağında avtomobilləri qeydiyyata alan Zaur adlı polis əməkdaşının sözlərinə görə, DİN əməkdaşları avtomobilləri "Qafqazın kruqu" adlanan dairədən dayanacağa göndərsələr də, sürücülər polisin gözündən yayınan kimi, dayanacağın qarşısından şəhərə giriş olan ara yollarla paytaxta daxil olurlar: 

"Əvvəllər bu dayanacaqda müəyyən qədər avtomobillər vardı. Ancaq hazırda gördüyünüz kimi, bir neçə minik maşını var. Dayanacaqda gördüyünüz yük avtomobillərinin əksəriyyəti ağırtonnajlı maşınlardır ki, onların da şəhərə girişi qadağandır".

Digər bir məqam isə dayanacaq fəaliyyətə başladığı vaxtlarda müvafiq qurumlar tərəfindən vəd edilən iki marşrut xəttinin ərazidə olmaması idi. 

Polis əməkdaşı bildirdi ki, əvvəllər dayanacağa gələn vətəndaşları daşımaq üçün 203 və 199 saylı marşrut xətləri nəzərdə tutulmuşdu. İndi isə 203 təmamən ləğv edilib, 199 saylı marşrut xətti isə fəaliyyətini davam etdirir. Həmin avtobusların sürücüləri isə insanlardan gediş haqqı tələb edirlər. Ancaq ərazidə olduğumuz müddət ərzində bir avtobusun belə dayanacağa gəldiyini müşahidə etmədik.

Ərazidə tibbi yardım, yaxud həkim otağı olsa da, həkim öz otağında yox idi. İşçilər, həkimin nahar üçün ərazidən ayrıldığını bildirdilər. Dayanacaq açıldığı ilk vaxtlarda əraziyə hətta təcili yardım maşını da cəlb edilmişdi və bildirilirdi ki, rayondan xəstə gətirən avtomobillər həmin dayanacağa yönləndiriləcək və xəstə təcili yardım maşını ilə xəstəxanaya çatdırılacaq. 

Dayanacaqda rast gəldiyimiz yeniliklərdən biri isə yüksək gərginlikli elektrik naqillərinin altında avtomobil saxlanılmasını qadağan edən plastik plitələrin yerləşdirilməsi idi. Həmin yüksək gərginlikli xətlər ki, dayanacağın düz ortasından keçir və naqillərin altında maşınların saxlanılması həddən artıq təhlükəlidir.

Bu mövzunu bir müddət əvvəl işıqlandırmışdıq.

Rayon avtomobillərinin paytaxta buraxılmaması lahiyəsi ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanıb. Oyunlara görə iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu. 

Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və "VAZ yol qovşağı" adlanan sahədə, digəri isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 21:00-a qədər paytaxta buraxılmamalıdır. Yay rejiminə keçid zamanı isə səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobillər paytaxta buraxılmır. 

Göründüyü kimi, hökumət tərəfindən paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün müsbət bir addım atılıb və bu iş üçün kifayət qədər məbləğ ayrılıb. Lakin burada hələ də bəzi problemlər var. Yəni polislər avtomobilləri dayanacağa yönləndirsələr də bu kifayət etmir. Onlar dayanacağın düz qarşısından keçərək şəhərə girişə imkan verən ara yollara da nəzarəti gücləndirməlidirlər. Çünki bu baş vermədiyi təqdirdə polis əməkdaşlarının qarlı havada yol qırağında dayanaraq avtomobilləri dayanacağa istiqamətləndirməsinin nəticəsi olmur.

Milli.Az






RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12

Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO

23 İyun 2017 02:08

Bakının məşhur restoranında bıçaqlanma hadisəsi baş verib

23 İyun 2017 02:02

Bakıda ər arvadını xəstəxanalıq etdi

23 İyun 2017 01:59

Dərman alarkən diqqətli olun!

23 İyun 2017 01:57

Bakıda DƏHŞƏTLİ QƏTL: Məşuqəsini ürəyindən vurdu, ana və oğulu da bıçaqladı

23 İyun 2017 01:38

Şimali Koreya ballistik raket üçün yeni mühərriki test edib

23 İyun 2017 01:38

Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanıldı

23 İyun 2017 01:34

Qaraçuxurda gənc qız bıçaqlanıb

23 İyun 2017 01:32

Sidney çimərliyində ev - FOTO

23 İyun 2017 01:32

Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)

23 İyun 2017 01:29

Yük maşını avtobusa çırpıldı: 21 ölü, 22 yaralı

23 İyun 2017 01:24

Bakıda məşuqəsini qətlə yetirən şəxs daha iki nəfəri ağır yaralayıb

23 İyun 2017 01:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 01:08

"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" -

23 İyun 2017 01:07

KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi

23 İyun 2017 00:59

Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar

23 İyun 2017 00:53

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 00:50

Daşkəsəndə qarmon müəllimi marixuana satarkən saxlanılıb

23 İyun 2017 00:47

Suraxanıda ev yandı

23 İyun 2017 00:44

Bakıda 4 otaqlı evdə yanğın baş verib

23 İyun 2017 00:44

Məhkumlara pizza qonaqlığı

23 İyun 2017 00:33