Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Manat hesabdan dollar çıxarmağa görə 4% tutulacaq (VİDEO)

Manat hesabdan dollar çıxarmağa görə 4% tutulacaq (VİDEO)

"Unibank" yeni lotereya keçirir (03 Mart 2017 15:37)

Tarix: 10 Yanvar 2016 17:06

Manat hesabı olanlar üçün bankomatlardan nağd şəkildə dollar çıxarmaq baha başa gələcək.

ANS PRESS- in məlumatına görə , Banklar Assosiasiyasından verilən məlumata görə, gələn həftədən, yəni sabahdan etibarən plastik kart vasitəsilə vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya tutulacaq.

Yəni, siz manat hesabınızdan nağd şəkildə dollar çıxarmaq istəsəniz əlavə 4% itirməli olacaqsız.

Banklar bu qərarı onunla əsaslandırır ki, bəzi müştərilər plastik kartla dolları çıxarıb sonradan satır. Bu isə “qara bazar” yaradır.

Dollarda hesabı olanlar isə öz pulunu nağdlaşdıra bilmir. Hesabı dollarda olanlar isə vəsaitin nağdalşıdırılmasına görə, əvvəlki tariflərlə komissiya ödəyəcək. Burda dəyişiklik yoxdur.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu qərar nağdsız hesablaşmalar zamanı olan konvertasiyalara aid deyil.

Yəni öz manat kartınızla hansısa, saytda dollarda ödəniş etsəniz, konvertasiya üçün əvvəlki kimi 0.5% komissiya tutulacaq.



Teqlər:  Manat hesabdan dollar çıxarmağa tutulacaq VİDEO



RƏYLƏR


Top xəbərlər