Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Oliqarxın oğlu model sevgilisini döydü - FOTO

Oliqarxın oğlu model sevgilisini döydü - FOTO

Date: 10 January 2016 18:47

Rusiyanın məşhur oliqarxlarından olan Konstantin Şarıqonun 21 yaşlı oğlu Aleksandr 22 yaşlı sevgilisi Anna Lisovskovaya hücum edib. 

Teleqraf.com xəbər verir ki, hadisə Şarıqonun Moskvadakı evində baş verib. Rusiyada model kimi çalışan Anna aralarındakı münasibətin pisləşməsindən sonra Aleksandrdan ayrılmaq qərarına gəlib.
 
Fikrini Aleksandra bildirdikdə isə gənc oğlan qıza hücum edib və ona bir neçə dəfə yumruq zərbəsi endirib.
 
Anna növbəti gün xəstəxanaya çatdırılıb. Modelin üz nahiyəsində bir neçə sınıq aşkar edilib. Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar başlanılıb.

Milli.Az







Tags:  Oliqarxın oğlu model sevgilisini döydü FOTO



RƏYLƏR


Top news